Avropa Liqasının «Qarabağ» - «Brügge» oyununu izləmək üçün Bakıya gələn bir qrup belçikalı azarkeş «İmarət» fan-klubunun təşəbbüsü ilə bu gün Şəhidlər xiyabanında olublar.
Qol.Az-ın məlumatına görə, xiyabanı ziyərət etməzdən öncə «Brügge»nin azarkeşləri Beynəlxalq Avrasiya Mətbuat Fondunda tanınmış publisist Vahid Qazinin «Qafqaz Xirosiması» filminə baxıblar. Ağdamın işğaldan əvvəlki və hazırkı görüntülərini əks etdirən səkkiz dəqiqəlik filmin süjeti işğal altındakı bu rayonumuzun indiki mənzərəsini Xirosimanın atom bombasından sonrakı halına bənzədən xarici jurnalist və diplomatların sitatları üzərində qurulub.
Belçikalı azarkeşlər filmdən təsirləndiklərini ifadə ediblər.
Daha sonra isə «Brügge»nin tərəfdarları Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən övladlarımızın məzarları üzərinə tər-çiçəklər düzüblər.
Yuxarı
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı