"Şamaxı" və "Turan Tovuz"un məşqçilərinin cəzası bilindi

"Şamaxı" və "Turan Tovuz"un məşqçilərinin cəzası bilindi
ÖLKƏ FUTBOLU 25 Noyabr 2026 / 15:54 144
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 13-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Sumqayıt”– “Sabah” oyununun 33-cü dəqiqəsində “Sumqayıt”ın 55 nömrəli futbolçusu Lukas Blek ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Onun klubu isə 500 manat cərimə edilib.

“Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Şamaxı”nın məşqçisi Araz Bağırov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmyacaq. "Şamaxı” isə 8000 manat cərimələnib

Həmin matçın ilk hissəsi bitdikdən sonra “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmyacaq. “Turan Tovuz” isə 8000 manat cərimə edilib.

Həmin görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un 7 nömrəli futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyunluq cəzalandırılıb. “Turan Tovuz” isə 3000 manat cərimələnib. Sınaq müddəti 6 ay təyin edilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner