Kloppun keçmiş köməkçisi baş məşqçi oldu

Kloppun keçmiş köməkçisi baş məşqçi  oldu
DÜNYA FUTBOLU 19 Noyabr 2026 / 09:00 187
-  A +

Fransanın “Strasburq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Vitor Matuş baş məşqçi vəzifəsinə təyin edilib.

38 yaşlı mütəxəssis bu vəzifədə Uqo Filipe Oliveyranı əvəzləyib.

Vitor Matuş 2025-ci ilin noyabrında “Suonsi Siti”ni çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında komanda ötən mövsüm Çempionşipdə 11-ci yeri tutub. Hazırda isə Uels təmsilçisi 15 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.

Matuş məşqçilik karyerasına “Portu”nun akademiyasında başlayıb. Daha sonra “Liverpul”da Yurgen Kloppun məşqçilər korpusunda 5 mövsüm çalışıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner