"Turan" voleybol klubu ÇL-in qrup mərhələsinə vəsiqə qazandı

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsinə vəsiqə qazandı
VOLEYBOL 10 Noyabr 2026 / 19:39 2463
-  A +

Qadın voleybolçulardan ibarət "Turan" klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş "Turan"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib. Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazanaraq CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner