“Onun komandamızda qalmasını istərdim” - “Sabah”ın futbolçusu

“Onun komandamızda qalmasını istərdim” - “Sabah”ın futbolçusu
ÇEMPİONLAR LİQASI 14 Oktyabr 2026 / 10:36 823
-  A +

“Sabah”ın futbolçusu Velko Simiç jurnalistlərin suallarını cavablandırıb.

QOL.az xəbər verir ki, serb oyunçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Slaviya” üzərində qazandıqları qələbə (2:0) və qarşıdakı matçlar ilə bağlı fikirlərini bildirib. 

– Qələbə münasibətilə təbriklər. Qalib gəldiniz. Özünüzü necə hiss edirsiniz?

– Özümü əla hiss edirəm. Çempionlar Liqasında qələbə qazandıq. Düşünürəm ki, hamımız özümüzü çox yaxşı hiss edirik.

– “Sabah”ın Çempionlar Liqasındakı şanslarını necə qiymətləndirirsiniz?

– Görəcəyik. Biz hər oyuna ayrı-ayrılıqda yanaşırıq. Artıq iki oyundan birində qələbə qazanmışıq. Düşünürəm ki, bu, başlanğıc üçün çox yaxşı nəticədir. Addım-addım irəliləyəcəyik.

– Bakı Olimpiya Stadionunda oynamaq necə hissdir?

– Burada oynamaq çox xoşdur, əla hissdir. Azarkeşlərin dəstəyi yaxşıdır. “Borussiya Dortmund”la oyunda daha böyük dəstək gözləyirik.

– Rəqibin fiziki mübarizəsi haqqında nə deyə bilərsiniz?

– Çox çətin və fiziki mübarizə baxımından gərgin oyun oldu. Rəqibimiz yaxşı komandadır. Lakin onların fiziki mübarizəsinə çox yaxşı cavab verdik, topla yaxşı oynadığımız anlar oldu və nəticədə qalib gəldik.

– Komanda yoldaşınız Abdulla Xaybullayevin başqa kluba transfer olunmasına dair xəbərlər yayılıb. Bu haqda nə deyə bilərsiniz?

– Bilmirəm, bu, əslində mənə ünvanlanmalı yox, klubun cavab verməli olduğu sualdır. Amma inanıram ki, o, komandada qalacaq və mən də onun qalmasını istərdim.

Daha çox


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner