Premyer Liqa klubundan maraqlı addım - Şəkil

Premyer Liqa klubundan maraqlı addım - Şəkil
DÜNYA FUTBOLU 22 Sentyabr 2026 / 09:00 306
-  A +

İngiltərə Premyer Liqasının autsayderi "Tottenhem” klubu stadionunun qarşısında depressiya ilə mübarizə məqsədilə xüsusi skamyalar quraşdırılıb.

QOL.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Skamya 2020-ci ildə intihar edən “Tottenhem” azarkeşinin xatirəsinə həsr olunub. Klubun layihəsinə əsasən, özünü pis hiss edən insanlar “Tottenhem Hotspur” stadionunun qarşısındakı skamyada əyləşərək söhbət etmək üçün özlərinə həmsöhbət tapa biləcəklər. Skamyaların üzərinə "Someone Is Always Listening" ("Həmişə dinləyən biri var") cümləsi yazılıb.

Bundan əlavə, “Tottenhem” psixoloji dəstəyə ehtiyacı olan şəxslər üçün pulsuz yardım xidmətini də istifadəyə verib.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner