"Sabah"ın futbolçusu Tellur Mütəllimov UEFA Çempionlar Liqasının pley-off mərhələsininin "Hapoel"lə (Beer-Şeva) Bakıda keçirilən cavab matçından sonra fikirlərini bölüşüb.
QOL.az xəbr verir ki, oyunun 90+4-cü dəqiqəsində gözəl zərbə ilə həlledici qolu vuran yarımmüdafiəçi "İctimai TV"yə açıqlamasında bildirib:
Həmçinin oxuyun: "Dünyanın ən xoşbəxt baş məşqçisiyəm" - Dambrauskas
“Hisslər çox gözəldir. Son dəqiqə qolu həmişə gözəl olur. Düzdür, təkcə son qol deyil, ondan əvvəl vurulan qollar da var. Uşaqlar əziyyət çəkdilər, hamı möhtəşəm oynadı. Azarkeşlərə də səsləniərm ki, onların dəstəyi bizə çox kömək oldu, daha da ruhlandırdı. Onları növbəti oyunlarda da gözləyirik, qələbələr gələcək".
T.Mütəllimov qısa müddətdə tarix yazdıqlarını deyib: "Çox sevincliyik, tarix dalınca tarix yazırıq. Çempionluq, kubok, indi də Çempionlar Liqasına düşmək isə inanılmaz tarixdir. Çünki komandanın öz tarixi elə böyük deyil. 2017-ci ildə yaranmış komandayıq. Qısa müddətdə bunları qazanmaq möhtəşəmdir".
O qeyd edib ki, Liqa mərhələsində istənilən rəqiblə keçiriləcək oyun tarixə yazılacaq: "Burda TOP komandalar olur. “Çelsi”, “Real”, kim gəlir gəlsin, maksimum yaxşı nəticə üçün çalışacağıq. Hansı komanda gəlsə, bu, bir tarixdir. Fanatlara da səslənirəm, gəlib dəstək olsunlar, onlara həmişə ehtiyacımız var”.
Xatırladaq ki, "Sabah" səfərdə 1:2 hesabı ilə uduzduğu İsrail klubuna Bakıda 5:2 hesabı ilə qalib gələrək ilk dəfə qaıldığı Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi
"Sabah" - "Hapoel" matçının heyətləri açıqlandı
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar
"Fənərbaxça" azarkeşlərinin biletləri ləğv olundu
Müller, Hummels və Sommer klub aldılar
“Milan” "Mançester Siti”yə müraciət etdi
"Yuventus"un qapıçısı Premyer Liqa klubunda
“Sabahın Ulduzları”nda 6-cı tura yekun vuruldu
"Fənərbaxça"dan "Barselona"ya keçdi
"Çelsi" Kellimanı satdı
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal
Savinyo “Tottenhem”də
40 yaşlı Hondanın yeni klubu bilindi
“Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir" - Roi Kehat