"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə keçiriləcək qarşılaşma öncəsi keçirilən mətbuat konfaransında fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb.
QOL.az xəbər verir ki, mütəxəssis komandasının matça hazırlıqlı olduğunu vurğulayıb:
"Sabah pley-off mərhələsinin cavab oyununa çıxacağıq. Bu, ötən həftə keçirilən ilk qarşılaşmanın davamıdır. İnanıram ki, komandamız həmin oyunda yol verdiyi səhvlərdən nəticə çıxarıb. Bütün futbolçularımız sağlamdır və oyuna hazırdır. Ümid edirəm ki, sabah bizi çox həyəcanlı qarşılaşma gözləyir. İlk oyunda 1:2 hesabı ilə məğlub olmuşuq. Amma azarkeşlərimizə demək istəyirəm ki, sabahkı oyuna tam hazırıq və mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, komandam bunun öhdəsindən gələcək".
- Stadionun dəyişməsi komandanın oyun ritminə təsir edə bilərmi?
- Düşünmürəm ki, stadionun dəyişməsi oyun ritmimizə ciddi təsir etsin. Biz burada artıq üç dəfə oynamışıq. “Qarabağ” kimi güclü komandaya qarşı bu stadionda oynamışıq, qələbə qazanmışıq. Ona görə də düşünürəm ki, bu stadion bizim üçün artıq tanışdır. Əminəm ki, azarkeşlərimiz sabah burada möhtəşəm atmosfer yaradacaqlar və ümid edirəm ki, bu oyundan sonra yaşanacaq anları uzun müddət unutmayacağıq.
- “Sabah” üçün tarixi nəticə əldə olunub. Komanda ən azı Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bu uğuru karyeranızın ən yaxşı nəticələrindən biri hesab etmək olar?
- Açığı, mən buna bu cür yanaşmıram. Sabahkı oyun mənim üçün növbəti qarşılaşmadır. Keçmişdə də Avropa Liqasında və Çempionlar Liqasında pley-off mərhələlərinə yüksəlmişəm, müəyyən uğurlar qazanmışam. Təbii ki, bunlar bir gündə əldə olunmayıb.
Təcrübəmdən və biliklərimdən istifadə edərək ümid edirəm ki, komandamızı növbəti mərhələyə daşıya biləcəyik. Bunun üçün komanda olaraq əlimizdən gələnin ən yaxşısını edəcəyik. Sabah bizim üçün növbəti oyundur və düşünürəm ki, çox yaxşı vəziyyətdəyik.
- İlk oyundakı 2:1 hesablı məğlubiyyətdən sonra komandanızın oyununda ən əsas dəyişiklik nə olacaq?
- İlk oyunda etdiyimiz səhvlərdən nəticə çıxarmalıyıq. Start heyəti ilə bağlı konkret dəyişikliklər barədə danışmaq istəmirəm. Əsas məsələ odur ki, sabah daha aqressiv və daha istəkli oynamalıyıq. Hər top uğrunda, hər təhlükəli epizodda əlimizdən gələnin ən yaxşısını etməliyik.
İlk oyunda bəzi imkanlarımızdan istifadə edə bilmədik. “Hapoel”in də yaxşı şansları oldu, bizim də. Bəlkə də müəyyən epizodlarda bəxt amili rol oynadı. Onlar iki qol vurdular və xüsusilə ilk qolda kifayət qədər şanslı idilər.
İlk hissədə rəqibin müəyyən imkanları oldu. İkinci hissədə isə üstünlüyü qorumağa çalışdılar. Biz də boşluqları dolduraraq oyuna nəzarət etməyə çalışdıq.
Bir daha deyirəm, ümid edirəm ki, sabah ilk oyundakı səhvlərimizi təkrarlamayacağıq. Həmin səhvlərdən nəticə çıxarmışıq və daha yaxşı oyun göstərməyə çalışacağıq.
- Oyunun əlavə vaxta getməsi ehtimalını nəzərə alaraq penalti seriyasına hazırlaşmısınızmı?
- Əlbəttə, buna hazır olmalıyıq. Nə baş verəcəyini əvvəlcədən bilmirik. Ola bilər ki, oyun əlavə vaxta getsin, hətta penalti seriyasına ehtiyac yaransın. Futbolda hər şey mümkündür. Amma ümid edirəm və inanıram ki, hər şeyi 90 dəqiqə ərzində həll edəcəyik.
Xatırladaq ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq