“Sabah” - “Hapoel” matçında hesab bərabərləşdi - Yenilənir

“Sabah” - “Hapoel” matçında hesab bərabərləşdi - Yenilənir
ÇEMPİONLAR LİQASI 25 Avqust 2026 / 21:52 4823
-  A +

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.

QOL.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün meydana çıxıb. Komanda Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel”i (Beer-Şeva) qəbul edir. 20:45-də start götürən görüşü rumıniyalı hakimlər briqadası idarə edir.

İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan “Sabah” nəticəni xeyrinə dəyişməyə çalışacaq. 

Cütün qalibi ÇL-in Liqa mərhələsində, məğlubu isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

UEFA Çempionlar Liqası

Pley-off, cavab oyunu

25 avqust

20:45. “Sabah” (Azərbaycan) - “Hapoel” (Beer-Şeva, İsrail) - 1:1 (İkinci hissə)

Qol: Zlatinoviç, 11 (0:1), Kristian Nvaçukvu, 38 (1:1)
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)
VAR: Bastian Dankert (Almaniya) 
AVAR: Katalin Popa (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:2

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner