Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.
QOL.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün meydana çıxıb. Komanda Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel”i (Beer-Şeva) qəbul edir. 20:45-də start götürən görüşü rumıniyalı hakimlər briqadası idarə edir.
İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan “Sabah” nəticəni xeyrinə dəyişməyə çalışacaq.
Cütün qalibi ÇL-in Liqa mərhələsində, məğlubu isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
UEFA Çempionlar Liqası
Pley-off, cavab oyunu
25 avqust
20:45. “Sabah” (Azərbaycan) - “Hapoel” (Beer-Şeva, İsrail) - 4:2 (Əlavə vaxt, 2-ci hissə)
Qollar: Zlatinoviç, 11 (0:1), Kristian Nvaçukvu, 38 (1:1), Mizrahi, 61 (1:2), Umarali Raxmonəliyev, 74 (2:2), Tellur Mütəllimov, 90+4 (3:2), Mbina, 101 (4:2)
Qırmızı vərəqə: Diop, 100 ("Hapoel")
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Katalin Popa (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:2
"Beşiktaş"a keçə bilər
"Çelsi" Kellimanı satdı
Savinyo “Tottenhem”də
“Karvan-Yevlax”dan növbəti transfer
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə
Stadionda xaos: oyun 50 dəqiqə dayandırıldı - Şəkillər
Azərbaycan millisi Rumıniyanı da məğlub etdi
Şeydayev oynadı, komandası qalib gəldi
“Sabahkı oyunu səbirsizliklə gözləyirik” - Velko Simiç
“Çelsi” 3 dəfə təklif göndərdi, rədd cavabı aldı
Misli Premyer Liqasında 3-cü turun təqvimi