"Qalatasaray" rus futbolçunun transferini elan etdi

"Qalatasaray" rus futbolçunun transferini elan etdi
DÜNYA FUTBOLU 20 Avqust 2026 / 15:20 618
-  A +

"Qalatasaray” Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovun transferini açıqlayıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu artıq İstanbuldadır.

Daha əvvəl mediada Aleksey Batrakovun transfer haqqının 25 milyon avro olacağı bildirilirdi. Bonuslara əlavə 4 milyon avro daxil ediləcək. Batrakovun "Qalatasaray"la müqaviləsinin 4 illik olacağı gözlənilir.

Qeyd edək ki, rusiaylı futbolçu “Lokomotiv”in yetirməsidir. O, Moskva klubunun əsas komandasında bütün turnirlərdə 84 oyuna çıxıb, 34 qol vurub və 23 məhsuldar ötürmə edib. Batrakov son iki mövsümdə Rusiya Premyer Liqasının ən yaxşı gənc oyunçusu seçilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner