"Sabah" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkanın "Orhus" komandasının qonağı olacaq. Paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis komandasının hazırlıq durumu və rəqib barədə danışıb:
"Burada olmaqdan böyük qürur duyuruq. Çünki bu mərhələdə çıxış etmək hər komandaya nəsib olmur. Sabahkı oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq. Bilirik ki, istər komanda oyunu, istərsə də fərdi keyfiyyətlər baxımdan çox güclü kollektivlə üz-üzə gələcəyik.
Səfər oyununda rəqibin həm güclü, həm də zəif tərəflərini nəzərə alıb, öz üstünlüklərimizdən maksimum istifadə edərək qalib gəlməyə çalışacağıq. İnanıram ki, futbolçularım hazırlıq prosesində diqqət yetirdiyimiz hər bir xırda detalı meydanda düzgün icra edəcəklər.
Təbii ki, bu mərhələ iki oyundan ibarətdir. İlk matç sabah oynanılacaq, cavab qarşılaşması isə Bakıda baş tutacaq. İnanıram ki, doğma meydanda azarkeşlərimizin qarşısında əlimizdən gələnin ən yaxşısını edərək yekun nəticədə növbəti mərhələyə adlayan tərəf biz olacağıq".
Qeyd edək ki, “Orhus” - “Sabah” matçı avqustun 5-də Randers şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Bakıda keçiriləcək və saat 20:00-da start götürəcək.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı