“Sabah” Çempionlar Liqasında mübarizəyə başlayır

“Sabah” Çempionlar Liqasında mübarizəyə başlayır
ÖLKƏ FUTBOLU 7 İyul 2026 / 08:00 1041
-  A +

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünə start veriləcək. 

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” 1-ci təsnifat mərhələsində TNS-lə üz-üzə gələcək. 
20:00-da başlayacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

7 iyul

20:00. “Sabah” (Azərbaycan) - TNS (Uels)

Baş hakim: Patrik Qriskieviç (Polşa)

Masazır stadionu

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Osvestridəki "Park Hall"da keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner