Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç 2026-cı il dünya çempionatının 1/8 finalında Portuqaliya ilə keçirəcəkləri oyun öncəsi rəqibi dəyərləndirib.
QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, Portuqaliya yığmasının dünyanın ən güclü komandalarından biri olduğunu bildirib:
"Rəqibimiz dünyanın ən yaxşı millilərindən biridir. Onların əla baş məşqçisi var (Roberto Martines - red.) və fantastik iş görür. Bunu Belçika yığması ilə sübut etmişdi, indi isə Portuqaliya millisi ilə göstərir. Komandada istənilən anda qol vura bilən Kriştiano Ronaldo var. Portuqaliyanın əsas üstünlüyü texniki ustalığı və topa nəzarətidir. Bu komponentdə həqiqətən çox güclüdürlər. Çoxlu qol epizodu yaratmağa və daim üstünlüyə sahib olmağa çalışırlar".
Qeyd edək ki, DÇ-2026-nın 1/8 final mərhələsinin Portuqaliya - Xorvatiya oyunu iyulun 3-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti