Mundialların "aqressiv" üçüncüsü oldu

Mundialların "aqressiv" üçüncüsü oldu
DÇ-2026 29 İyun 2026 / 22:11 557
-  A +

Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində Yaponiyaya qarşı keçirilən matçda erkən sarı vərəqə ilə cəzalandırılıb.

QOL.az xəbər verir ki, braziliyalı xavbek qarşılaşmanın 15-ci dəqiqəsində hakimin xəbərdarlığına məruz qalıb.

"Opta" statistika portalının məlumatına görə, bu, Kazemironun dünya çempionatlarında iştirakından bu yana aldığı 5-ci sarı vərəqədir. Beləliklə, o, turnirin tarixində ən çox xəbərdarlıq alan üçüncü oyunçu adına sahib çıxıb.

Qeyd edək ki, dünya çempionatları tarixində yalnız argentinalı Xavyer Maskerano və braziliyalı Kafu Kazemirodan daha çox sarı vərəqə alıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner