DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir

DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
DÇ-2026 29 İyun 2026 / 18:48 3542
-  A +

Cənubi Koreya millisinin sabiq baş məşqçisi Hon Myon Bo DÇ-2026-dakı uğursuzluqdan sonra ölüm təhdidləri alıb.

QOL.az xəbər verir ki, İngiltərənin "The Sun" nəşrinin məlumatına görə, bu səbəbdən milli komandanın vətənə qayıdışı zamanı hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib və əlavə polis qüvvələri cəlb olunub.

Bildirilib ki, Cənubi Koreyanın qrup mərhələsində mübarizəni dayandırmasından sonra Hon Myon Boya çoxsaylı ölüm təhdidləri ünvanlanıb.

Qeyd edək ki, Cənubi Koreya DÇ-2026-da Meksika və CAR-a uduzub, Çexiyanı 2:1 hesabı ilə məğlub etsə də, 3 xalla pley-offa vəsiqə qazana bilməyib.


Qarabağ FK
Son xəbərlər
topaz banner