Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır
ÖLKƏ FUTBOLU 29 İyun 2026 / 10:31 1682
-  A +

"Qarabağ"dan ayrılan Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb.

30 yaşlı hücumçu ilə Mahaçqala “Dinamo”sunun maraqlandığı bildirilir. Rusiya Premyer Liqa təmsilçisinin hazırda azad agent olan futbolçu ilə danışıq apardığı qeyd olunub.

Ötən mövsüm “Qarabağ”ın heyətində 11 oyuna 2 qol vuran Azərbaycan millisinin sabiq üzvü Rusiyanın “Zenit” klubunun yetirməsidir. O, daha əvvəl Rusiyada “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun, Türkiyədə "Trabzonspor", Slovakiyada "Jilina", Tailandda "Buriram Yunayted"in üzvü olub. Azərbaycanda isə "Qarabağ"dan başqa, “Sabah” və “Neftçi”də də çıxış edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
28.06.26  17:13

Kyeza göndərilir

topaz banner