Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik DÇ-2026-nın qrup mərhələsində Əlcəzairlə keçirilən matçın öncədən danışılması ilə bağlı iddiaları qəti şəkildə rədd edib.
QOL.az xəbər verir ki, 3:3 hesabı ilə başa çatan və hər iki komandanın pley-off mərhələsinə vəsiqə qazanmasını təmin edən qarşılaşma xüsusilə dramatik sonluğu ilə yadda qalıb. Belə ki, 93-cü dəqiqədə Əlcəzairin kapitanı Riyad Mahrez komandasını önə keçirsə də, çox keçmədən avstriyalı hücumçu Saşa Kalayciç hesabı bərabərləşdirib.
FİFA-nın mətbuat xidmətinə açıqlama verən Ranqnik bu cür iddiaların absurdluluğunu vurğulayıb:
"Tabloda 3:3 hesabı varkən, xüsusən də son 90 saniyədə baş verənləri nəzərə alsaq, heç kim danışılmış oyun barədə danışa bilməz. 40 illik məşqçilik karyeram ərzində hadisələrin belə dramatik inkişaf etdiyi başqa bir matç xatırlamıram. Bu, sadəcə inanılmazdır".
Qeyd edək ki, Avstriya millisi iyulun 2-də 1/16 final mərhələsi çərçivəsində İspaniya yığması ilə qarşılaşacaq.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi