Onlar da DÇ-2026 ilə vidalaşacaqlar

Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
DÇ-2026 23 İyun 2026 / 11:13 6244
-  A +

DÇ-2026-da pley-off şansını itirən daha bir komanda müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, İordaniya olub.

Sözügedən milli qrup mərhələsinin 2-ci turunda Əlcəzairə uduzub. Bununla da 3-cü turun nəticəsindən asılı olmayaraq, İordaniyanın turnirlə vidalaşacağı dəqiqləşib. 

İordaniya yığması cari mundialda pley-off şansını əldən verən 4-cü komandadır. 

Adıçəkilən komanda son oyununda - 3-cü turda Argentina millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, bunadək Türkiyə, Haiti və Tunisin də qrup mərhələsindən çıxa bilməyəcəyi dəqiqləşib.


Qarabağ FK
Son xəbərlər
topaz banner