"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 32-ci turunda "Sumqayıt"a qalib gəldikləri matç (2:1) haqda danışıb.
QOL.az "sportal.az"a istinadən xəbər verir ki, baş məşqçi komandasının əzmkarlıq nümayiş etdirərək mövsümün ən yaxşı oyunlarından birini keçirdiyini vurğulayıb.
"İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çox çətin idi, çünki cəmi üç gün əvvəl ağır məğlubiyyətlə üzləşmişdik. Buna baxmayaraq futbolçular tələblərimizi düzgün anladılar və ilk dəqiqələrdən sona qədər ən yaxşısını etməyə çalışdılar. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Onu da qeyd edim ki, rəqibin qapıçısı bu gün möhtəşəm idi".
- "Sabah" - "Neftçi" matçında ev sahibi komandanın start heyətini görəndə ilk təəssüratınız necə oldu?
- Maraqlı sualdır və gizlətməyəcəyəm. Heyətlər oyundan bir saat əvvəl açıqlanır. Düzü, "Sabah"ın start heyətini görəndə məndə müəyyən qədər məyusluq yarandı (gülür). Təbii ki, bu, rəqabətdir və biz də haqlı olaraq rəqabət apardığımız komandaların xal itirməsini istəyirik. "Neftçi"ni ürəkdən təbrik edirəm. Onlar xüsusilə çempionatın sonuna yaxın meydanda amansız mübarizə apardılar. Həm onlar, həm də biz avrokuboklara getməyə layiq idik. Bütün klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Amma suala qayıtsam, bəli, start heyətini görəndə məndə məyusluq oldu.
- Oyunun son 10 dəqiqəsində diqqət mərkəzində sizinlə azarkeşlər arasındakı müzakirə idi. Orada tam olaraq nə baş vermişdi?
- Orada heç bir mübahisə etmirdik, sadəcə müzakirə aparırdıq. Bilirsiniz ki, "Zirə"nin çoxsaylı azarkeş kütləsi yoxdur və biz artıq altı ildir burada olduğumuz üçün azarkeşlərlə bir-birimizi üzdən tanıyırıq. Erenlə bağlı bir sual verdilər, mən də tam başa düşmədiyim üçün təkrar soruşdum. Sonra anladım ki, yəqin final matçında Ereni erkən əvəzləməyimizlə bağlıdır. Mətbuat konfranslarında da bildirmişdim ki, həm İssa, həm də Eren zədəli idi. Əks halda, Ereni niyə meydandan çıxarmaq istəyək ki? Müzakirəmizin mövzusu məhz bu idi. Azarkeşlərdir, təbii olaraq istəklidirlər və hər zaman maksimum nəticə qazanmağımızı gözləyirlər. Son 3 ildə 4 yarışda 2-ci yeri tutmuşuq ki, bu, "Zirə" kimi klub üçün çox böyük nəticədir. Lakin azarkeş həmişə daha çoxunu istəyir.
Bizə mövsüm ərzində ən çox mənfi təsir edən məqam isə legioner limitinin dəyişdirilməsi oldu. Bu qərar rəqabətdə bizim üçün çox ciddi problemlər yaratdı və bunu mövsümboyu hiss etdik. Çempionat boyu yaşadığımız zədələr, gedən oyunçular və digər çətinlikləri nəzərə alsaq, əgər bu mövsüm 6-cı və ya 7-ci yerdə qərarlaşsaydıq belə, mən buna təəccüblənməzdim. Bütün bu çətinliklərə rəğmən sona qədər mübarizənin içində olduğumuz üçün klub rəhbərliyinə, camiəmizə və azarkeşlərimizə xüsusi təşəkkür etmək istəyirəm. Əlimizdən gələnin ən yaxşısını etdik, lakin yekunda istədiyimiz alınmadı.
- Cavid Cəlilov sizin oyununuzda verdiyi səhv qərardan sonra cəzalandırılmışdı. Lakin bu gün yenidən "Zirə"nin oyununa təyinat aldı. Matçın gedişatında da hiss olunurdu ki, 50/50-yə olan epizodlarda qərarlar daha çox rəqibin xeyrinə verilir. Təzyiq hiss edirdiniz?
- Açığı, bu təyinatı mən də heç cür başa düşmədim. Aydın məsələdir ki, səhv olub. Maraqlısı odur ki, kim cəzalanırsa, məhz "Zirə"nin oyunlarından sonra cəzalanır. Bunun nə hikmət olduğunu hələ də anlaya bilmirəm. Çempionatın digər oyunlarında başqa səhvlər olmayıb. Bəlkə də cəzalanıblar, sadəcə biz hiss etməmişik. Amma açıq-aşkar şəkildə cəzalandırılan, Birinci Liqaya və ya Əvəzedicilər Liqasına göndərilən hakimlər həmişə bizim matçlarımızdan sonra olur.
Birinci oyunda Cavid Cəlilovun baş hakim, İnqilab Məmmədovun isə VAR hakimi olması çox təəccübləndirici bir məqam idi. Mövzu açılmışkən bir sual da mən vermək istəyirəm: İnqilab Məmmədovun cəzalandırılması nə ilə bağlı idi, mənə çox maraqlıdır. Neçə vaxtdır ki, bu sual ürəyimdədir. Oyundakı əsas problem ofsayd epizodu ilə bağlı idi. Bunu ya yan xətt hakimi görməlidir, ya da VAR qarışmalıdır. Onda elə çıxır ki, baş hakim bundan sonra ofsayd epizodlarına müdaxilə edə bilər. Bu, o anlama gəlir? Passiv ofsayda müdaxilə edə bilər? Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov ofsayda necə müdaxilə edə bilər? VAR-a çağırıldı, ofsayd vermədisə, buna qarışmıram, cəza tətbiq oluna bilər. Amma bu günə qədər başa düşmədim ki, İnqilab Məmmədovun cəzası nə ilə bağlıdır".
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev
"Şamaxı"ya uğurlar arzulayıram" - Ayxan Abbasov
99 mükafat: 34 mövsüm, 21 komanda
"Şamaxı" "Turan Tovuz"a, "Qarabağ" "İmişli"yə qalib gəldi
Derbi matçına itki ilə çıxacaqlar