"Mançester Yunayted" 3 illik fasilədən sonra yenidən UEFA Çempionlar Liqasında yarışacaq.
QOL.az-ın xəbərinə görə, "qırmızı-şeytanlar" dünən 35-ci turda "Liverpul"a qalib gəlib (3:2) və son 3 turun nəticəsindən asılı olmayaraq, Premyer Liqada ilk beşlikdə yerini təmin edib.
Hazırda onlar 35 oyundan 64 xalla 3-cü yeri tuturlar. 6-cı yerdəki "Bornmut"la "Mançester Yunayted" arasında xal fərqi isə 12-ə çatıb. Beləliklə, son 3 turun nəticəsindən asılı olmayaraq mançesterlilər 5-ci yeri tərk etməyəcəklər.
Qeyd edək ki, "Mançester Yunayted" 2026-cı ilin qışında komandaya baş məşqçi təyin edilən Maykl Karrikin rəhbərliyi altında uğurlu mövsüm keçirib. 44 yaşlı mütəxəssisin rəhbərliyi altında "MY" ÇL-ə vəsiqə qazanmaqla yanaşı "Liverpul", "Mançester Siti", "Arsenal", "Çelsi", "Aston Villa" kimi komandalara qalib gəlməyi bacarıb.
Xatırladaq ki, "qırmızı-şeytanlar" son dəfə Çempionlar Liqasında 2023/2024 mövsümündə iştirak ediblər. Həmin vaxt komanda "Bavariya", "Kopenhagen" və "Qalatasaray" ilə eyni qrupda yarışıb və sonuncu yeri tutub.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı