"Bilirdik ki, bizi çox çətin oyun gözləyir. "Sabah"ın nə qədər güclü komanda olduğu elə turnir cədvəlindən də görünür. Bu matça çox ciddi hazırlaşmışdıq və əsas məqsədimiz ən azı məğlub olmamaq idi. Lakin aldığımız qırmızı vərəqə oyunun gedişatına ciddi təsir göstərdi".
QOL.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Fizuli Məmmədov Misli Premyer Liqasının 29-cu turunda "Sabah"a məğlub olduqları matçdan (0:2) sonra bildirib. Baş məşqçi məğlubiyyətə baxmayaraq futbolçularının sona qədər əzmkar mübarizə apardığını vurğulayıb:
"Sabah" kimi rəqibə qarşı tam heyətlə oynamaq çətindir, azlıqda qaldıqdan sonra isə istər-istəməz boşluqlar yarandı. Müdafiə xəttimizin və qapıçımızın inamlı çıxışı sayəsində ilk hissəni qolsuz başa vura bildik. Lakin ikinci hissədə yorğunluq və səhvlər öz sözünü dedi ki, nəticədə qapımızda qollar gördük. Buna baxmayaraq futbolçularım meydanda sonadək vuruşdular, onlara təşəkkür edirəm. Çempionat hələ davam edir, qarşıdakı oyunlara köklənib sona qədər mübarizə aparacağıq".
Mütəxəssis adətən cəsarətli oyunu ilə seçilən komandasının bu matçda daha çox müdafiəyə çəkilməsini rəqibin güclü pressinqi və taktiki gedişləri ilə əlaqələndirib:
"Rəqibi dərindən təhlil etmişdik. "Sabah" güclü pressinq tətbiq edən və topu qazandıqdan sonra dərhal təhlükəli epizodlar yaradan komandadır. Əsas hədəfimiz onlara bu imkanları verməmək idi. Hesab 0:2 olduqdan sonra rəqib də azlıqda qaldı. Buna baxmayaraq, bilirdik ki, irəli böyük qüvvə ilə atılsaq, bizi əks-hücumda asanlıqla yaxalaya bilərlər. Bu səbəbdən daha qapalı və ehtiyatlı oynamağa üstünlük verdik".
Sonda Füzuli Məmmədov qapıçının fərdi çıxışına da toxunaraq onun sabit və inamlı oyununu vurğulayıb:
"Qapıçımız təkcə bu matçda yox, ümumiyyətlə mövsüm ərzində çıxdığı bütün oyunlarda yüksək performans nümayiş etdirib".
PSJ üçün şad xəbər
Mövsümdə 2-ci dəfə
Azarkeşlərə görə matç yarımçıq dayandırıldı - Şəkil
"Turan Tovuz"u avrokuboklara aparan qələbəsi - Video
"Sabah"la yalnız nəticəyə oynayacağıq" - Yuri Vernidub
"Şamaxı"da son iki oyunum qalıb" - Ayxan Abbasov
"Fənərbaxça" onu hədəfə aldı
Vüsal İsgəndərlinin komandası qələbə qazandı
2-ci liqada 26-cı tura start verildi
"Ən aşağı nöqtədən başladıq, indi avrokuboklara gedirik"
Tovuz təmsilçisi 32 il sonra yenidən avrokuboklarda!
Arda Turanın komandası çempion oldu
Renat Dadaşovun komandasından böyükhesablı qələbə
"Neftçi" - "Şamaxı": Heyətlər
Rəsul İbrahimov mükafatlandırıldı
İlk dəfə avrokuboklarda mübarizə aparacaqlar
"Kristal Pelas"ın yeni baş məşqçi hədəfi
Bölgə təmsilçisi meydana 2 qapıçı ilə çıxacaq
Tovuzda heyətlər açıqlandı
Bacco İtaliya futbolunun problemləri haqda
Mbappe bu gün "Barselona"ya qarşı oynamayacaq
"Çelsi" sabiq futbolçusuna tapşırıla bilər
Urfan Abbasov Premyer Liqada 350-ci oyununa çıxdı
Kadidən yubiley qolu
Üç klub üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
Messidən MLS-də rekord göstərici