"Bilirdik ki, maraqlı oyun olacaq. İki layiqli rəqib qarşılaşırdı. Oyun bizim üçün pis başladı. Öz səhvlərimizdən epizodlar verdik. 15-20 dəqiqədən sonra oyunu bərabərləşdirdik".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 28-ci turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis son anda məğlubiyyətdən qurtulmaqlarının qürurverici olduğunu bildirib: "İkinci hissəyə yaxşı başladıq, daha fəal oynadıq. Yaxşı oynadığımız dəqiqələrdə qol buraxdıq. Məyusedici oldu. Amma ondan sonra komandamın verdiyi reaksiya möhtəşəm idi. Son dəqiqədə qol vurduq. Mənim üçün qüruruvericidir. Futbolçularımı təbrik edirəm. Üç gündən sonra daha bir önəmli oyun bizi gözləyir. Tez bir zamanda o matça fokuslanacağıq".
R.Sadıqov bildirib ki, matçın sonunda baş verən qalmaqala görə paytaxt təmsilçisindən üzr istəyib: "Oyundan sonra "Neftçi"nin oyunçularından üzrxahlıq etdim. Epizodu görmədim. Amma bildirdilər ki, Konate onların ehtiyat skamyasının yanında qolu aşkar şəkildə qeyd edib. "Neftçi" çox yaxşı münasibətlərimiz olan klubdur. Fürsətdən istifadə edib baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm".
Baş məşqçi "Son dəqiqələrdə vurduğunuz qolu, baş verən qalmaqalı necə şərh edərdiniz" sualını belə cavablandırıb: "Deyilənə görə, ehtiyat oyunçuların qarşısında qolu qeyd edib. Mən də arxaya dönmüşdüm. Nə baş verdiyini görmədim. Qol epizoduna görə nəsə deyə bilmərəm. Epizoda baxmamışam. Bəlkə də ofsayddır, bir şey deyə bilmərəm".
Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir
“Mingəçevir”in qələbəsindən - Video
"Barselona" yenidən UEFA-ya şikayət etdi
"Marsel"ə baha başa gəldi
"Real" komandada balansı qoruyacaq məşqçi axtarışında
Messi klub sahibi oldu
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
1-ci liqa: "Mingəçevir" 2-ci pilləyə yüksəldi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
"Bu, bəlkə də ədalətsizlikdir"
Azarkeşlər meydana axışdı, yaralananlar var - Video
"Liverpul"da qalacaq
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
"Mançester Siti"də Bernardo Silva dövrünün sonu - Rəsmi
2-ci liqada 12 oyunun vaxtı açıqlandı
Millinin qızları azarkeşlərlə görüşdülər - Şəkillər
Azərbaycan millisinin oyununu bu xanım idarə edəcək