Türkiyənin DÇ-2026-da rəqibləri - Oyunlar səhər tezdən başlayacaq

Türkiyənin DÇ-2026-da rəqibləri - Oyunlar səhər tezdən başlayacaq
DÇ-2026 1 Aprel 2026 / 09:33 6206
-  A +

Xəbər verdiyimiz kimi, Türkiyə milli komandası 24 illik fasilədən sonra futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

QOL.az xəbər verir ki, “ay-ulduzlular” bu yay üç ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunacaq mundiala qatılacaq 48 komandadan biri olacaq.

Türkiyə millisi D qrupunda Avstraliya, Paraqvay və ABŞ komandaları ilə mübarizə aparacaq. Vinçenzo Montellanın rəhbərlik etdiyi komandanın matçlarının hamısı Bakı vaxtı ilə səhər saatlarına təsadüf edəcək. Bu, Azərbaycanla mundiala təşkilatçılıq edəcək ölkələrin fərqli saat qurşaqlarında yerləşməsi ilə əlaqədardır.

14 iyun, Bakı vaxtı ilə saat 08:00

Avstraliya - Türkiyə
(Vankuver, Kanada)

20 iyun, Bakı vaxtı ilə saat 08:00

Türkiyə - Paraqvay 
(Santa Klara, ABŞ)

26 iyun,  Bakı vaxtı ilə saat 06:00

Türkiyə - ABŞ
(İnqlvud, ABŞ)

Daha çox


Son xəbərlər
topaz banner