Maqomed Adiyev istefaya göndərildi

Maqomed Adiyev istefaya göndərildi
XƏBƏR 1 Aprel 2026 / 15:25 721
-  A +

Rusiyalı mütəxəssis Maqomed Adiyev "Krılya Sovetov"un baş məşqçisi vəzifəsindən göndərilib.

QOL.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Adiyev daha əvvəl Qazaxıstanda "Aktobe" ilə danışıqlar aparmışdı. Lakin məşqçi özü də bunların planlaşdırılmış danışıqlar deyil, təsadüfi görüş olduğunu bildirmişdi. Daha sonra "Krılya Sovetov"un Maqomed Adiyevlə yollarını ayırmaq qərarına gəldiyi barədə xəbərlər yayılmışdı.

Bu gün isə klub onu istefaya göndərdiyini açıqlayıb. Bildirilib ki, Adiyevi bu vəzifədə Sergey Bulatov əvəzləyəcək.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2025-ci ilin yayından bəri "Krılya Sovetov"u çalışdırırdı. Rusiya Premyer Liqasının 22 turundan sonra "Krılya Sovetov"un aktivində 21 xalı var və 13-cü yerdədir.


Son xəbərlər
topaz banner