"Mançester Yunayted"in futbolçusu Karlos Kasemiro mövsümün sonunda komandasını tərk edəcək.
QOL.az xəbər verir ki, artıq onun yeni klubunun adı da məlumdur.
Tanınmış insayder Fabritsio Romanonun yaydığı məlumata görə, "İnter Mayami" braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. Futbolçunun özünün də Mayami təmsilçisində oynamaq istədiyi bildirilib.
34 yaşlı Kasemiro 2022-ci ilin yayından "Mançester Yunayted"də oynayır. Bu mövsüm o, bütün yarışlarda 30 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "İnter Mayami"də dünya ulduzları Lionel Messi və Luis Suares də çıxış edir.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı