"Premyer Liqada qalacağımıza inanıram"

"Premyer Liqada qalacağımıza inanıram"
XƏBƏR 6 Mart 2026 / 10:59 1155
-  A +

"Tottenhem"in baş məşqçisi İqor Tudor komandasının Premyer Liqada ardıcıl 5 oyunda uduzması haqda danışıb.

QOL.az xəbər verir ki, ötən gecə London təmsilçisi "Kristal Pelas"a yenilib.

Mütəxəssis isə bu məğlubiyyətlərə baxmayaraq, "Tottenhem"in Premyer Liqadan düşməyəcəyinə inandığını deyib: 

"Azarkeşləri başa düşürəm, onlar bizdən daha yaxşı olmağımızı istəyirdilər. Biz də çox istəyirdik. Oyunda Van de Venə verilən qırmızı vərəqə hər şeyi dəyişdirdi.

Qəribə səslənə bilər, amma bu oyundan Premyer Liqada qalacağımıza daha çox inanıram. Qayıq istədiyim istiqamətdə hərəkət edir. Əminəm ki, yaxşı bir komandamız olacaq. Hazırkı vəziyyətlə barışmaq isə asan deyil".

Qeyd edək ki, 29 oyundan sonra "Tottenhem" turnir cədvəlində 16-cı yerdədir və düşmə zonasından 1 xal yuxarıdadır.


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner