Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo İspaniyanın “Almeria” klubunun 25 faizlik səhmlərini əldə edib.
QOL.az xəbər verir ki, bu barədə məlumatı "The Touchline" sosial şəbəkəsi hesabı paylaşıb.
Ronaldo jurnalist Ben Jacobs vasitəsilə verdiyi açıqlamada bildirib:
“Mən həmişə futbola yalnız meydançada deyil, həm də klubun inkişafına töhfə verməyi arzulamışam. "Almeria" möhkəm əsaslara malik, böyümək üçün böyük potensiala sahib İspaniya klubudur. Klub rəhbərliyi ilə birlikdə növbəti inkişaf mərhələsinə dəstək vermək üçün səbirsizliklə gözləyirəm”.
Hazırda “Almeria” İspaniyanın Segunda Divizionunda üçüncü pillədə qərarlaşıb. Komanda 27 oyunda 48 xal toplayıb. Birinci yerdə isə 50 xalla “Racing” yer alır.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü