"Xankəndi"də 5 ayrılıq

"Xankəndi"də 5 ayrılıq
ÖLKƏ FUTBOLU 3 Fevral 2026 / 15:05 372
-  A +

Azərbaycan 2-ci liqasının iddialı komandalarından olan “Xankəndi” beş futbolçusu ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi qarşılıqlı anlaşma əsasında Əliəkbər Şəbiyev, Məhərrəm Məmmədli, Adəm Topalov, Mirkamil Əliyev və Hüseyn Mənəfli ilə vidalaşıb.

Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, "Xankəndi" hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-cidir. Lider "Qaradağ Lökbatan"ın da eyni xalı var.

Daha çox


Son xəbərlər
topaz banner