“Neffçi” ilə oyunu maraqla gözləyir - “O, “Real”a qalib gəlib”

“Neffçi” ilə oyunu maraqla gözləyir - “O, “Real”a qalib gəlib”
XƏBƏR 8 Yanvar 2026 / 13:16 3827
-  A +

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko “Neftçi” ilə qarşılaşmanı maraqla gözlədiyini deyib.

QOL.az xəbər verir ki, o, bu barədə Ukraynanın sport.ua saytına müsahibəsində bildirib.

Rəqibi həmyerlisi Yuri Vernidubun çalışdırıldığını xatırladan Demçenko həmkarının təcrübəsi barədə danışıb:

“Təkcə onu demək kifayətdir ki, o, Çempionlar Liqasında Madrid “Real”ını məğlub edib (2021-ci ildə Vernidubun baş məşqçisi olduğu “Şerif” səfərdə “Real”a qalib gəlib - 2-1:). Təcrübəli məşqçi və onun komandası ilə qarşılaşmaq hər zaman maraqlıdır. Bu oyunu səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Misli Premyer Liqasında növbəti “Araz Naxçıvan” - “Neftçi” oyunu 18-ci turda baş tutacaq. Ukraynalı məşqçilərin qarşılaşması fevralın 1-də keçiriləcək.


Son xəbərlər