"İnter Mayami" 2026-cı il Çempionlar Turunun mövsümöncəsi turnesinin ilk mərhələsinin planını rəsmi olaraq açıqlayıb.
QOL.az xəbər verir ki, ötənilki Asiya səfərlərindən fərqli olaraq, Xavyer Maskeranonun komandası bu dəfə Cənubi Amerika qitəsinə diqqət yetirəcək və burada regionun ən uğurlu klubları ilə qarşılaşacaq. Komanda mövsümə yanvar ayının sonunda başlayacaq və müxtəlif ölkələrdə 3 oyun keçirəcək:
1. Peru (Lima) – 24 yanvar: İlk dayanacaq Perunun ən qədim və ən uğurlu klublarından biri olan "Alianza Lima" ilə oyun olacaq. Matç "Alehandro Villanueva Stadionu"nda keçiriləcək.
2. Kolumbiya (Medellin) - 31 yanvar: Peru səyahətindən 1 həftə sonra "İnter Mayami" Kolumbiyaya səfər edəcək və orada "Atanasio Jirardot" stadionunda ikiqat Libertadores Kuboku çempionu "Atletiko Nasional"la qarşılaşacaq.
3. Ekvador (Quayakil) - 7 fevral: Cənubi Amerika mərhələsinin final matçı Ekvador nəhəngi "Barselona Quayakil"ə qarşı oynanılacaq. Bu, "İnter Mayami"nin sözügedə komanda ilə ilk görüşü olacaq.
Medellin şəhərində keçiriləcək matç üçün biletlərin qiyməti artıq böyük bir ajiotaj doğurub və qiymətlər 125 dollardan təxminən 300 dollara qədər dəyişir ki, bu da Messinin Kolumbiyaya səfərinə olan böyük tələbatı göstərir.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi