Dortmund "Borussiya"sı yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə Almaniyanın "Sport Bild" nəşri məlumat yayıb. Məlumata görə, klub "Real"ın gənc və perspektivli müdafiəçisi Viktor Valdepenyasla maraqlanır.
Daha əvvəl 19 yaşlı futbolçuya "Arsenal"ın da maraq göstərdiyi bildirilmişdi. Müdafiəçi həm mərkəzdə, həm də sol cinahda oynamaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, Viktor Valdepenyas ötən həftənin sonunda ilk dəfə "Real"ın əsas komandasında meydana çıxıb. O, La Liqada "Alaves"ə qarşı keçirilən matçda forma geyinib.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"