“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi “Liverpul”un hücumçusu Məhəmməd Salah barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, keçmiş hücumçu hesab edir ki, baş məşqçi Arne Slot komandada tarazlığı qorumaq üçün ulduz oyunçunu ehtiyatda saxlamağa cəsarət etməlidir.
"Salah onlara müdafiədə kömək etmir. Başa düşürəm, o, klubun əfsanəsidir və gördüyü işlərə böyük hörmətim var. Amma əgər daim əsas heyətdə oynayan bir futbolçu qaçmırsa, onda ehtiyatdakı oyunçuların can qoymasının nə mənası var? Əgər mən Arne Slot olsaydım, bütün komandaya təsir edəcək ciddi qərar verərdim" – deyə Runi *The Wayne Rooney Show* YouTube kanalında bildirib.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Uğursuz mövsüm keçirən "Liverpul" hazırda Premyer Liqada 18 xalla 11--ci pillədə qərarlaşıb.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular