“Fənərbaxça”nın polşalı yarımmüdafiəçisi Sebastyan Şimanski millinin oyununda zədələnib.
QOL.az xəbər verir ki, 26 yaşlı futbolçu Polşa və Hollandiya milliləri arasında baş tutan qarşılaşmanın ilk hissəsində zədə səbəbindən oyunu yarımçıq tərk edib. İlkin müayinələr onun adduktor nahiyəsində problem aşkarlandığını göstərib. Bu səbəbdən Şimanski Polşa millisinin heyətindən çıxarılıb.
Futbolçunun vəziyyətinə İstanbulda keçiriləcək detallı tibbi müayinələrdən sonra tam aydınlıq gələcək. Mövcud duruma əsasən, onun milli fasilədən sonra “Fənərbaxça”nın “Rizespor” və “Ferentsvaroş”la oyunlarında iştirak etməyəcəyi gözlənilir. Şimanskinin 1 dekabrda “Qalatasaray”la baş tutacaq derbiyə yetişib-yetişməyəcəyi isə həkimlərin yekun rəyindən asılı olacaq.
Qeyd edək ki, Sebastyan Şimanski cari mövsüm “Fənərbaxça”nın heyətində 20 oyuna çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi