"Real"ın müdafiəçisi Trent Aleksander-Arnold milli komanda oyunları üçün yaranan fasilədən istifadə edərək formasını bərpa etmək üçün xüsusi hazırlıq proqramına başlayıb.
QOL.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu məqsədlə milliyə qoşulmaqdan imtina edib və Madrid klubunda qalıb. O, məşqçi Xabi Alonso və onun məşqçilər korpusunun hazırladığı xüsusi hazırlıq proqramını keçəcək. Bu plan istirahət, fiziki hazırlıq və psixoloji bərpadan ibarət olmaqla kompleks yanaşmanı əhatə edir. Həmçinin futbolçunun özünəinamını bərpa etməsinə kömək etməyi hədəfləyir.
Qeyd edək ki, Trent Aleksander-Arnold "Real"a 2025-ci ilin yayında "Liverpul"dan transfer olunub. O, cari mövsümdə 16 matçdan yalnız 7-də iştirak edib və heç birində 90 dəqiqə meydanda olmayıb. Müdafiəçinin bu mövsüm yeganə məhsuldar ötürməsi Klublararası Dünya Çempionatında "Borussiya"ya (Dortmund) qarşı oyunda qeydə alınıb.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi