Futzal üzrə FİFA referisi Hikmət Qafarlı Azərbaycan hakimliyi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək heyətə daxil edilib.
QOL.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasnın mətbuat xidmətinə açıqlamasında təssüratlarını bildirən H. Qafarlı sevincini belə izah edib:
“Avropa çempionatı kimi bir yarışın final mərhələsinə təyinat almaq hər bir hakimin arzusu, istəyidir. Mənim üçün bu arzunun reallaşması iki qat sevindiricidir. Çünki milli komandamız hər dəfə final mərhələsinə vəsiqə qazanaraq ölkəmizi təmsil etsə də, hakimlərimizlə bağlı belə bir təyinat olmurdu. Bu dəfə hakim olaraq ölkəmizi final mərhələsində təmsil etməyimiz Azərbaycan hakimliyi adına böyük uğurdur. Bizim hər zaman hakimlik ənənəmiz, məktəbimiz olub. Hakim kimi bu dəfə qitənin ən ali yarışında Azərbaycanı layiqincə təmsil etməyi özümə şərəf bilirəm.
Bir faktı da qeyd edim ki, 2 il əvvəl 19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə də təyinat almışdım. Təbii ki, böyüklərin yarışı gənclərlə müqayisə olunmaz. Burada sürət, dinamika, peşəkarlıq daha üst səviyyədədir”.
Referi əslində bu təyinatın gözlənilən olduğunu qeyd edib. Bəs bu gözlənti haradan yaranıb? “Bu ilin oktyabrında Sloveniyanın paytaxtı Lyublyanada final mərhələsinin oyunlarını idarə etmək üçün UEFA tərəfindən hakim seçimi edildi. Həmin tədbirə mən də dəvət almışdım. Bu dəvət bir qədər gözlənilməz oldu. Çünki bu ilin yanvarında UEFA-nın I kateqoriyasına yüksəlmişdim. Ora isə adətən elit kateqoriyanın hakimlərini dəvət edirdilər. Bizdən fiziki, nəzəri və praktik imtahanlar götürüldü. 42 hakim dəvət edilmişdi, yekunda 32 referi seçildi. 32 nəfərin arasında yer almaq böyük uğurdur”.
Təcrübəli hakim uğura gedən yoldan da danışıb: “İstənilən sahədə uğur qazanmaq üçün əziyyət çəkməli, işinə peşəkar yanaşmalı və onu sevərək etmək vacibdir. O zaman uğur da gələcək. Biz də çalışırıq ki, fiziki göstəricilərimiz, nəzəri biliklərimiz yüksək olsun”.
Referi final mərhələsinə qədər əsas mərhələdə də iş başında olduğunu qeyd edib: “AVRO-2026-nın seçmə mərhələsinin oyunları 2024-cü ilin sentyabrından 2025-ci ilin aprelinədək keçirildi. Həmin müddətdə digər həmkarlarımla bərabər 3 oyuna təyinat aldıq. Futzalda oyunların sayı az olduğunu nəzərə alsaq, bu göstərici zəif deyil”.
O, bu təyinatın digər həmyerlilərimizin də karyerasına müsbət təsir edəcəyini vurğulayıb: “Azərbaycanlı hakimin qitənin ən reytinqli yarışının final mərhələsinə təyinat alması bizə olan inamın, etibarın göstəricisidir. Bu həm yerli hakimlərimiz üçün stimul olacaq, həm də gələcəkdə yeni bir çığır açacaq. Ümid edirəm ki, hakimlərimiz adına bu ənənə halını alacaq və belə mötəbər yarışlara təyinatlar davamlı olacaq. Hazırda digər FİFA referilərimiz də UEFA bayrağı altında keçirilən oyunlara təyinatlar alırlar. Eyni zamanda məni təbrik edən, təyinatıma və uğurlarıma sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Milli komanda səviyyəsində hər zaman uğur qazanmışıq. Təsadüfi deyil ki, son 6 Avropa çempionatının final mərhələsində yığmamız iştirakçılar sırasında olub. Bu dəfə qitə yarışında hakimlik səviyyəsində təmsil olunacağıq. Həmkarlarıma və komandalarımıza gələcək yarışlarda uğurlar arzulayıram”.
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video
Argentina millisinin üzvü "Bayer"də
Aleksis Sançesin transferi açıqlandı
“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - Video
“Turan Tovuz”dan yenilik
"Sabah"ı pley-offa aparan qollar - Video
Çempionlar Liqasında "pley-off"çular müəyyənləşdi
KL-də 2 komanda mərhələ adladı
Avroliqada cavab oyunları başladı
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?