İslandiya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.
QOL.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Arnar Qunnlauqsson matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyundan bu yana Azərbaycan millisində hansı fərqləri görürsünüz?
- Azərbaycan millisi eyni sistemdə oynayır. Amma indi daha istəkli, daha strukturlu və təşkilatlanmışdır. Müdafiədə, keçidlərdə, topa sahib olmada xeyli irəliləyiblər. Deyirlər ki, İslandiyadakı görüşdə Azərbaycan millisi pis çıxış etdi. Amma mən deyərdim ki, bizim komanda o matçda yaxşı oynadı. Sabah yeni oyunçularımız olacaq. Onlar da özlərini göstərməyə çalışacaq. Bu komanda ilə növbəti Avropa çempionatı heyətinin əsasını formalaşdırmaq istəyirik.
- Azərbaycan millisinin heyətində kimi xüsusi fərqləndirərdiniz?
- Hər millidə yaxşı futbolçular var. Xüsusi vurğulamayacam ki, kimdən daha çox ehtiyatlanıram. Rəqibin heyətində dinamik oyunçular var. Ukraynanın qapısına vurduğunuz qolu qeyd edərdim. Yeni baş məşqçinin də müəyyən təsiri hiss olunur.
- Azərbaycan yığmasına 5:0 qalib gəldiniz və Fernandu Santuşun istefaya göndərilməsinə səbəb oldunuz. Yeganə məşqçi Fernandu Santuşdur, yoxsa ondan qabaq da belə hal olub?
- Xeyr, ilk deyil. Keçmiş klubumda 4-5 belə təcrübəm olub. Kimsə uduzanda kimsə məsuliyyət daşımalıdır. Belə olan halda da baş məşqçi qovulur.
- Azərbaycan - İslandiya matçının favoriti hansı komandadır?
- Əgər futbol piramidasına baxsaq, biz bir az yuxarıdayıq. Favorit biz sayılırıq. Futbol yeganə oyundur ki, favorit olmayan komanda da qalib gələ bilər. Biz Fransaya qarşı oynayanda onlar favorit idi. Amma şansımız var idi ki, müsbət nəticə qazanaq. Futbol elədir ki, rəqibə hörmətlə yanaşmalısan. Sabah ən yaxşı oyunumuzu göstərməliyik (sportal.az).
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video
Argentina millisinin üzvü "Bayer"də
Aleksis Sançesin transferi açıqlandı
“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - Video
“Turan Tovuz”dan yenilik
"Sabah"ı pley-offa aparan qollar - Video
Çempionlar Liqasında "pley-off"çular müəyyənləşdi
KL-də 2 komanda mərhələ adladı
Avroliqada cavab oyunları başladı
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?