“Çətin, ağır oyun oldu. Derbi adına layiq matç idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi. Vacib olan odur ki, tapşırıqları düzgün yerinə yetirib, qələbə qazandıq. Vacib 3 xal əldə etdik. Artıq qarşıdakı oyunları düşünməliyik”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın üzvü Toral Bayramov Misli Premyer Liqasının 11-ci turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, “Çelsi” ilə matçdan sonra “Neftçi”yə qarşı mübarizə aparmağın çətin olmadığını bildirib: “Belə ağır oyunlara öyrəşməliyik. Çünki qarşıda bizi daha çətin matçlar gözləyir. Həm də “Neftçi” ilə görüşdə belə atmosferin olacağını bilirdik. Bu da bizə əlavə motivasiya verdi”.
24 yaşlı futbolçu ilk hissədə rəqibin müdafiə xəttini yara bilməmələrinin səbəbini belə izah edib: “Deməzdim ilk hissədə nəsə çatmadı. Sadəcə qarşımızdakı rəqib “Neftçi” idi. Rəqib çox yaxşı təşkilatlanmış komandadır. Oyunları ilə də bunu sübut edirlər. Son turlar “Neftçi” də yaxşı təsir bağışlayır. Onlar da qalib gəlmək istəyirdi”.
T.Bayramov millimizin DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi son iki matça da toxunub: “Qarşıda bizi İslandiya və Fransaya qarşı çox çətin iki oyun gözləyir. Rəqiblər güclüdür. Lakin əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq, xalqımızı sevindirək”.
“Qarabağ”ın üzvü sıx qrafikdə çıxış etməyin Ağdam klubunun futbolçuları üçün problem yaratmadığını söyləyib: “Bu, bizim işimizdir. İşimizi sevə-sevə edirik. Peşman deyilik, nədənsə narazılığımız yoxdur. Nə qədər çox oyun olsa, bir o qədər faydalıdır”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar