İsrail çempionatının 7-ci turunun ötən gün keçirilməli olan "Makkabi" - "Hapoel" matçı təxirə salınıb.
QOL.az xəbər verir ki, buna səbəb azarkeşlərin derbidən öncə yaratdığı iğtişaşlar olub.
Polis İsrail çempionatının "Makkabi" - "Hapoel" matçının keçirilməli olduğu stadionda şəraiti təhlükəli elan edib.
Azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi nəticəsində arena tüstüyə bürünüb. İsrail polisinin məlumatına görə, hadisə zamanı 3 polis əməkdaşı və 5 azarkeş yaralanıb.
Bundan əlavə, bir neçə azarkeş stadionun kənarına şüşə və daş atıb. Qeyd olunub ki, beş nəfər həbs edilib, daha bir neçə nəfər saxlanılıb.
Stadiona 25 mindən çox tamaşaçı toplaşıb. Qarşılaşmanın baş tutmayacağı ilə bağlı anons edilib və azarkeşlərin oranı tərk etməsi tələb olunub.
Görüşün nə vaxt keçiriləcəyi isə hələlik məlum deyil.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək