“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Liverpul” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
QOL.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun İstanbulda keçirilən oyunundan sonra təşkil edilən mətbuat konfransında Okan Buruk deyib:
“Düşünürəm ki, həm oyun, həm də atmosfer çox gözəl idi. İlk növbədə bu qələbənin əsas memarı olan futbolçularıma təşəkkür edirəm. Əvvəldən axıradək diqqətli və konsentrasiyalı oldular. Oyuna daxil olan və ya meydandan çıxan futbolçular arasında heç bir fərq olmadı. Bu qələbə həm bizim, həm də Türkiyə üçün prestij baxımından çox önəmlidir. Türk komandalarının nələr edə biləcəyini göstərdik. Üstəlik, “Liverpul”dan qol buraxmadan oyunu başa vurmaq da çox önəmli idi.”
Okan Buruk zədələnən futbolçusu Viktor Osimhen barədə da danışıb: “Osimhen yorğunluq yaşadı, ayağına qıcolma oldu. Ciddi problem olduğunu düşünmürəm”.
“Salahın əsas heyətdə oynamayacağını bilirdik”
51 yaşlı mütəxəssis deyib ki, rəqibdən rotasiya gözləyirmiş: “Amma buna tam olaraq rotasiya da demək olmur. Salahın əsas heyətdə oynamayacağını əvvəlcədən bilirdik. Məncə, ən böyük fərq də buradadır. Futbolçular arasında böyük fərqlər yoxdur, amma Salahın yoxluğu ciddi fərq yaradır.
Biz analizlərimizi etmişdik. Necə müdafiə olunacağıq, necə hücum edəcəyik. “Qalatasaray” öz meydanında oynadığı hər oyunda öz ruhunu ortaya qoymalıdır. Sağ cinahda Singo ilə başlayırıqsa, Gakpoya qarşı güclü olması vacibdir.
Son oyunla müqayisədə 5 futbolçunu dəyişdik. Məncə, start “11”liyi çox önəmlidir. Eyni zamanda, oyuna sonradan daxil olacaq futbolçular da böyük əhəmiyyət daşıyır. “Liverpul” 90 dəqiqə oynayan bir komandadır. Hətta 2:0 geridə olduqları oyunları belə 2:2-yə gətirdiklərini gördük.
Bu mövsüm onlarda boşluqlar var. Ola bilsin ki, bu, bizim boy ortalaması baxımından ən uzun heyətimizdir – 7 futbolçumuz hündürdür.
Oyunun bəxti, şansı da, təbii ki, çox vacibdir. Meydanda sərtliyimizi göstərməyimiz önəmlidir. Onların “Nyukasl”la oyununda “Nyukasl”ın tətbiq etdiyi pressinqi gördük. Biz də rəqibə açıq şəkildə təzyiq hiss etdirməliydik. Çünki keçidlərdə boşluq verirdilər”.
A seriyasında yeni qərar
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı
"Roma" 3 qolla qalib gəldi