UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) - “Qarabağ” FK matçını “Estádio do SL Benfica"da izləmək istəyənlər üçün 500 nəfərlik yer ayrılıb.
QOL.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinnin mətbuat xidməti məlumat yayıb.
"Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Bildirilib ki, azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidirlər. Biletlərin qiyməti 88 AZN-dir.
Klubun yaydığı məlumatda bildirilib:
Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq.
Azarkeşlərimiz üçün "Estádio do SL Benfica"da 500 yer ayırılıb.
Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyəti təsdiq edən sənədin üzərlərində olması xahiş olunub.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?