"Sumqayıt" İtaliya A Seriyasında oynamış futbolçunu transfer etdi

"Sumqayıt" İtaliya A Seriyasında oynamış futbolçunu transfer etdi
ÖLKƏ FUTBOLU 29 İyul 2025 / 22:53 4105
-  A +

"Sumqayıt" növbəti transferini açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Kimyaçılar" ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt" FK-da "10" nömrəli formada çıxış edəcək.

Nikola Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli", "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadəni transfer edib. 


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner