"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib. Tədbir UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsində “Qarabağ”ın sabah Bakıda İrlandiyanın "Şelburn" klubuna qarşı keçirəcəyi cavab oyununa həsr olunub.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov oyuna pis hazırlaşmadıqlarını deyib: “Baxmayaraq ki, üstünlüyümüz var. Səfərdə də qeyd etmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Məğlub olmağı sevməyən rəqibdir. Burada istəyirik ki, oyunumuzu daha da yaxşılaşdıraq. Çalışacağıq ki, sabah daha az səhv edək”.
- ÇL-in üçüncü təsnifat mərhələsində “Qarabağ” - “Şelburn” cütünün qalibinin potensial rəqibi FKSB-nin prezidenti Cici Bekali “Qarabağ”a söz ataraq, onu qıcıqlandıraraq komandasını motivasiya edir. Ona cavab verəcəksiniz?
- Mənim xarakterimi bilirsiniz. Bizim hələ cavab oyunumuz var. Bütün diqqətimiz sabahkı matçdadır. Atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələ ki, plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk.
- Zədəlilərin durumu necədir?
- Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla olmayacaq. Yankoviç bu gün məşqdə olacaq. Bəlkə sabah "23-lüy"ə salarıq. Amma oynaması hələ ki, böyük riskdir. Qarşıdakı matçda gedişata uyğun addım atacağıq.
- “Qarabağ”ın prezidenti Tahir Gözel deyib ki, hücum xəttinə oyunçu transfer etməyi planlaşdırırıq.
- Ən çox hücum mövqeyinə oyunçu axtarırdıq. Çox oyunçuya baxdıq, yaxından analiz etdik. Neçə futbolçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu ilə danışmışdıq, razılaşmışdıq, sonda elə oldu ki, daha böyük təkliflər gəldi, başqa ölkələrə getdilər. Bəli, hücum xəttinə oyunçu axtarışı davam edir. Orta sahəyə də oyunçu axtarırıq. Bugünkü hücumçularımdan məmnunam. İdman formalarından, işə yanaşmalarından, kollektivdəki mövqelərindən çox razıyam. Onlarla oyun qurmaq mənə çox asandır. Neçə illərdir ki, oyun sistemimizin içindədirlər. Digər hücumçu axtarırıq, mövqeyi daha da möhkəmləndirmək istəyirik. Qruplara düşəndə rotasiyalarımız çox olur, onda da onları əvəzləyən layiqli oyunçuların olmasını istəyirik. Hücum xəttindən razıyam. Sadəcə işimizi daha da sığortalamaq istəyirəm.
- "Qarabağ"ın əsas qapıçısı fikri hələ ki, yoxdur. Bəzən Fabyan Buntiç, bəzən Şahruddin Məhəmmədəliyev, bəzən də Mateuş Koxalski oynayır...
- Qapıçını oynatmasan, ritmdən düşə bilər. İmkanımız varsa, ən azı çempionata kimi futbolçuların oyun təcrübəsini qoruyub saxlamalıyıq. Liqada rotasiyalar edə bilirik. Məşqlərdəki işgüzarlığın haqqını vermək lazımdır. Buntiç daha yaxşı həftə keçirdi, çalışdıq ki, onu meydana buraxaq, haqqını alsın. Qapıçıların hər üçündən razıyam. Hamımız daha yaxşısını istəyərik.
- Sami Mmae "Qarabağ"a keçəndə, "Dinamo" azarkeşlər sosial şəbəkələrdə "Qarabağ"a təşəkkür etmişdilər ki, "sağ olun, onu transfer etdiniz”. Bu fikrə münasibətiniz necədir?
- Kimlərisə sevindirmişiksə, bu da əlavə uğurdur. Mmaenin yaxşı mərkəz müdafiəçisi olmaq üçün üstünlükləri var. Yaxşı oyunçu o demək deyil ki, hər yerdə oynayacaq. Ağıllı sistem o demək deyil ki, bu sistem ən yaxşısıdır. Mmaenin qabiliyyəti, bacarığı bizə uyğun gəlir deyə onu dəvət etmişik. Tam formada deyil. Amma komandaya qoşulub, məşqlər edir. Başqa rəylərə, hansısa fikirlərə fikir bildirməyə həvəsimiz və vaxtımız yoxdur.
- Redon Cica böyük ümidlərlə "Qarabağ"a transfer edilmişdi. Sonradan nə baş verdi ki, oynamadı?
- Cica çox yaxşı hücumçudur. Digər tərəfdən Juninyonun gəlişi, sonradan Nərimanın yaxşı inkişaf etməsi... İstər-istəməz Cicaya daha az şans verdik. Çempionatımızda limit məsələsi var idi. Bu da mane olurdu. Amma Cicadan daha artığını əldə etdik. Çempionlar Liqasının təsnifat mərhələsində qollar vurmuşdu. Bunun sayəsində Avropa Liqasının qrupuna düşmüşdük. Liqada az şans qazandı. Az oyun oynadı. Çıxdığı oyunda bizim üçün faydalı idi. İnanın ki, Cica kimisinin olmasını istəyərdim. Amma futbolçunun özünü də nəzərə almaq lazımdır. Onun da öz arzuları, karyerası var. Həm meydana sonradan girməyi bacarır, həm də start heyətində oynamağı. Qol vurmaq qabiliyyəti var, yaxşı insandır, yaxşı idmançıdır.
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video
"Araz-Naxçıvan"dan növbəti transfer
AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
TFF prezidentindən Montellaya dəstək
Uruqvay qələbəni bu cür əldən verdi - Video
“Turan Tovuz”a görə məyus oldum” - Ruan Renato
"Qarabağ" Avstriyaya yollandı
Fatih Terimdən azarkeşlərə müraciət
Salah yenə ön planda
Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb
İspaniyanın böyükhesablı qələbəsi - Video
Belçikadan qol buraxmadı, matçın ən yaxşısı seçildi
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu