"Fulhem" "Çelsi"nin futbolçusu Rahim Sterlinqi hədəfləyib.
QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
30 yaşlı vinger özü də bu keçidə müsbət baxır. Sterlinq "Fulhem"də daha çox şans qazanaraq 2026-cı il dünya çempionatı üçün İngiltərə millisinin heyətinə düşməyi hədəfləyir.
London klubunun baş məşqçisi Marku Silva əsasən “Arsenal”ın futbolçusu Reyss Nelsonu geri qaytarmaq istəyir. O, ötən mövsüm “Fulhem”də icarə əsasında çıxış etmişdi. Lakin portuqaliyalı mütəxəssis alternativ variantlar üzərində də düşünür.
Qeyd edək ki, Sterlinqin “Çelsi” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Salah Lemparda çatdı
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video
"Hakimlik haqda danışmağı xoşlamıram" - Saşa İliç
“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi
"Çempionat hamı üçün ağırdır" - Elmar Baxşıyev