"Aris"in (Yunanıstan) baş məşqçisi Marinos Ouzounidis UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarında keçiriləcək "Araz-Naxçıvan"la matçdan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan öncə təşkil olunan mətbuat konfransında deyib:
"İlk dəfə deyil ki, Bakıya səfər edirəm. Daha əvvəl "Qəbələ" ilə oyun üçün bura gəlmişdim. Futbolçularım ilk dəqiqələrdən oyuna ciddi yanaşmalıdır. Sabah bizi çətin oyun gözləyir. "Araz-Naxçıvan"ın ötən mövsümdən bir neçə oyununu və bu mövsümdən öncə keçirdiyi iki yoxlama matçını izləmişik. Bizi nəyin gözlədiyini bilirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Növbəti mərhələyə vəsiqə üçün sabah üstünlük əldə etmək istəyirik".
Mütəxəssis bildirib ki, heyət artıq müəyyənləşdirilib: "Bir neçə oyunçu ilə fərdi söhbət aparmışam. Komandada hamı hazır deyil. Kollektivə gec qoşulanlar var. Təcrübəsi və keyfiyyəti olan futbolçulara üstünlük verəcəyik. Hamı meydanda tam gücünü qoymalıdır.
M.Ouzounidis qeyd edib ki, "Araz-Naxçıvan" haqda kifayət qədər məlumatları var: "Onların oyunlarına baxmışıq. Lazım olan məlumatları əldə etmişəm. İndiki dövrdə futbolla bağlı istədiyin hər şeyi tapa bilərsən. Əminəm ki, rəqib də bizim haqda lazım olan məlumatları əldə edib".
O, yay hazırlığından da danışıb. Mütəxəssis deyib ki, 4 yoxlama oyununun 1-də qələbə qazanmaq onu narahat etmir və normal haldır.
Daha sonra o, Azərbaycan futbolu haqda da söz açıb: "Qarabağ"ı avrokuboklarda hər il görürük. "Neftçi" haqda məlumatım var. Azərbaycan klublarının səviyyəsi getdikcə artır. 15-20 il əvvəllə müqayisədə keyfiyyətli legionerlər transfer edilir. "Araz-Naxçıvan"ın özündə kifayət qədər əcnəbi oyunçu var. Bu da onu göstərir ki, klublar yerlərində dayanmır, inkişaf edirlər, daha yaxşı nəticələr əldə etməyə çalışırlar.
M.Ouzounidis komandalar arasındakı fərqlərdən danışıb: "Mətbuat konfransı təhlilin yeri deyil. "Araz-Naxçıvan" avrokuboklarda ilk dəfədir ki, iştirak edir. Baş məşqçi orada çox yaxşı iş görüb. Komanda intizamlıdır, rəqibin müdafiəsini yarmağı yaxşı bacarır. Biz isə fərqli çıxış edirik. Öz çempionatımızda dominant futbol oynamağa çalışırıq".
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı