"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan əvvəl keçirilən mətbuat konfransında deyib:
"Bizim üçün avrokuboklarda yeni mövsüm başlayır. Ötən mövsüm çempionatı uğurla başa vurduq. İstəklərimizdən biri də yenidən avrokuboklara düşüb ölkəmizi, klubumuzu layiqincə təmsil etməkdir. Oyuna yaxşı hazırlaşa bilmişik. Komandamız mükəmməl formada olmasa da, mükəmmələ yaxın, yaxşı formadadır. Yeganə məsələ oyun praktikasıdır. Hər iki komanda da vəziyyət eynidir.
Sabah azarkeşləri maraqlı və gərgin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, cavab oyunu öncəsi üstünlüyümüz olsun. İstəyərdik ki, azarkeşlərimiz tribunaları doldursunlar. Onların dəstəyinə ehtiyacımız var. Tək bizim yox, bütün klublarımızın azarkeşləri komandaya stadiondan dəstək olsunlar. Bir ailə kimi bir-birimizə dəstək olaq, sabah ilk oyunla mövsümə uğurlu start verək".
Mütəxəssis deyib ki, daha çox rəqibin adını yox, öz komandasını düşünür: "Düşünürəm sabah və cavab oyununda biz hansı vəziyyətdə olacağıq, oyun intizamını nə səviyyədə icra edəcəyik ki, nəticə bizim üçün uğurlu olsun. Hədəfimiz mərhələni keçməkdir. Rəqib də bundan ötrü meydana çıxacaq. Kimin daha uğurlu olacağını oyunlar göstərəcək".
O, futbolçusu Salifu Sumanın komandanı tərk etdiyini bildirib: "O, bu gün bizimlə vidalaşdı və yeni klubuna yollandı. 1 həftə-10 gün olar ki, razılıq əldə edilmişdi. Xırda məsələlər müzakirə olunurdu. Hazırda səfərə çıxır. Suma bizimlə olmayacaq. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Sumanın oyunlarına baxacağıq. İstəyərdim ki, karyerası bundan uğurlu olsun. Rəsmiləşdikdən sonra komandası bilinəcək".
R.Sadıqov hücumçusu Rafael Utziqdən də söz açıb: "Utziq komandadan ayrılmaq istəyir. Fərdi söhbətimiz olmuşdu. Qərara gəlmişdik ki, planlarımıza daxil etməyək. Artıq prosesləri klub rəhbərliyi ilə müzakirə etməli idik. Elə məsələlər var ki, idarə heyəti məşğuldur. O, ayın 14-dən Bakıda olmalı idi. Amma 1 aydan sonra Bakıya gəldi. Həm pul cəriməsi olunub, həm də 4 həftə əvəzedici heyətdə iştirak etməlidir. Özü bilir. Növbəti nə tədbirlər görüləcək bunu zaman göstərəcək. Rəhbərliklə arasındakı danışıqlar, təkliflərdə razılıq əldə olunmadı. Təkliflər klubu qane etmədi.
Hazırda onu komandamda görmürəm. Bizdə başqa futbolçuların da təklifləri var idi. Amma danışıqlar oldu, toplanışa gəldilər, sonrakı danışıqlarda komandada qaldılar. Getmədilər. Amma bir futbolçu bir ay toplanışa gəlmirsə, görüşlərdə iştirak etmirsə, bir ay sonra düşərgəyə gəlirsə...Müəyyən miqdarda cərimələmişik. Zaman göstərəcək".
O, komandanın yeni transferi Vinsent Tillin Salifu Sumanı əvəz edə bilib-bilməyəcəyindən danışıb: "Həmişə çalışmışıq ki, möhkəm kollektiv formalaşdıraq. Hansısa futbolçu üzərində oyun fəlsəfəsi qurmamışıq. Sabah Sumanın yerinə meydanda olan oyunçular onu layiqincə əvəzləyəcəklər. Yeganə problem odur ki, Suma oynamayanda, bu dövrə o mövqelərdə rotasiya olurdu. Amma son dönəmlərdə Suma artıq əvəzolunmaz sağ vinger idi. O baxımdan bizdən zaman alacaq. İnanıram ki, futbolçularımız onun yoxluğunu hiss etdirməyəcək. Tillə gəldikdə, 2 həftə əvvəl zədələndi və adını ərizədən çıxardıq. Hər iki oyunda da iştirak etməyəcək".
Mütəxəssis futbolçuları Yeqor Boqomolski və Eldar Quliyev haqda belə deyib: "3-4 həftə bizimlə birlikdə olmayacaqlar. Suma və Utziqin olmamasını nəzərə alsaq, Tilli çıxarıb, Boqomolskini komandaya əlavə etdik. Müalicəsi necə gedəcək ona baxacağıq. Belə olduqda Eldar, Boqomolski, Till kimi itkilər məyus edir. Hamısı hücum xəttinin oyunçularıdır. Düşünürəm ki, komandamız çətinlikləri sevir. Bu bizim futbolçulara motivasiya verəcək ki, çətinlikləri aşmaq lazımdır. Elə olan halda, qələbə zövqü daha çox olacaq".
R.Sadıqov yayda görülən transferlər işlərini dəyərləndirib: "Ömür boyu adlara, simalara, karyeralara fikir verməmişəm. Mənim üçün ən vacib futbolçunun əzmkarlığı, peşəkarlığıdır. Bəzən mətbuata göz gəzdirirdik, transferlərimiz tənqid olunurdu. Keçmişə baxsalar görərlər ki, hansısa iddialı oyunçunu transfer etməmişik. Seleksiyamız həmişə bu şəkildə olub. Komandamızın da müəyyən imkanları var. Buna görə rəhbərliyə təşəkkür edirik. Biz imkana uyğun seleksiya qururuq.
İllər ərzində apardığımız seleksiya siyasətini davam etdiririk. İstəyərik ki, təcrübəli, ambisiyalı futbolçuları transfer edək. Amma bəzi şeylərdə imkanlar, komandanın yürütdüyü siyasətlə bağlıdır. Rəhbərliyimizi çox yaxşı tanıyıram. Stabil komanda formalaşdırıblar və həmişə komandanın yanındadır. Verilən sözlər həmişə tutulur. Əsas fəlsəfə odur ki, komanda addım-addım inkişaf etsin və stabil uğura doğru gedən klub olsun. Elə olmasın ki, 1-2 il uğurlu olsun, sonra bir neçə klubumuz kimi çempionatda olmasın, fəaliyyətini dayandırsınlar. Rəhbərliyin siyasətini dəstəkləyirəm".
O, görüşün "Neftçi Arena"da keçirəcəkləri barədə də danışıb: "Bura mənim üçün həmişə doğmadır. “Neftçi”nin stadionu mənim üçün həmişə doğmadır. Burada çıxış etməyimizi istəyənlərdən biri mənəm. Çox istədim ki, burada oynayaq. “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Bu dövrdə stadionda keçirilən oyunlar təhlükəlidir. İstidir. Onlara təşəkkür edirəm. Bura gözəl stadiondur. Həmişə burada oyunlar maraqlı keçir. Biz də istəyirik ki, oyunlar azarkeşlər üçün maraqlı olsun".
R.Sadıqov millimizin sabiq baş məşqçisi Nikola Yurçeviçin açıqlamasına cavab verib: "Oyuna bir gün qalmış vaxtlarımız çox olur. Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib. Ona cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir. Son 2 ildə ikinci yeri tutmuşuq və ötən il pley-offda çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıb. Bir yerdə də qeyd edib ki, "Zirə"də yaxşı məvaciblər alırlar. Bu, düzgün fikir deyil. Əgər elə imkan varsa, öz müqaviləsi haqda danışsın, Azərbaycandakı müqaviləsi nə qədər olub. Legionerləri qabartmaq, bildirmək ki, çox məvacib alır... Mənim futbolçularım haqq etdiyindən daha az alırlar. Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alırlar. Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı ondan danışsın. Ondan gözləməzdim. Azərbaycanda işləyib, burada, bəlkə, karyerası boyu verilməyən dəyər verilib ona. İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun".
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video
Tiaqo Silva yenidən "Fluminense"də
Mbappe: “Messinin nə etdiyinə baxmıram”
Vikinqlərin unudulmayacaq qələbə sevinci - Video
Haaland dubl etdi, ən yaxşı seçildi
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - Rəsmi
Bombardirlik yarışında “qırğındır” - DÇ-2026
Tuhel: “Su fasilələri oyunu düşündüyümdən daha çox dəyişir”
Fransa - İraq matçı yarımçıq dayandırıldı - Yenilənib
Əvvəl penaltini qaçırdı, sonra dubl etdi - Video
Rangnik Argentina ilə oyundan danışdı
Oyunun ən yaxşısı Messi oldu