İyunun 25-dən 28-dək İtaliyanın Kaorle şəhərində U15 Avropa çempionatı keçiriləcək.
QOL.az xəbər verir ki, Azərbaycan 2017-ci ildən keçirilən bu yarışda ilk dəfə tam heyətlə – 39 güləşçiylə iştirak edəcək. Reqlamentə əsasən, ölkələr hər növdə 13 idmançıyla təmsil oluna bilər. 2022-ci ildən bu yana sərbəst və yunan-Roma güləşində U15 Avropa çempionatlarında tam heyətlə mübarizə aparırdıqsa, bu dəfə qadın güləşində də tam heyətlə təmsil olunacağıq.
Məsul yarışa sərbəst güləşçilər start verəcək. Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında Sərxan Musayev, Cavanşir Süleymanov (hər ikisi 38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Tunar Sultanzadə, Əkbər Əsgərov (hər ikisi 48 kq), Yusif Hüseynov (52 kq), Muraz Hüseynov, Elcan Həsənov (hər ikisi 57 kq), Məhəmməd Həsənli (62 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Elgün Kərimli (85 kq) uğur qazanmağa çalışacaq.
İyunun 26-da böyük məşqçilər Həsrət Məmmədyarovla Solmaz Adilovanın rəhbərliyi altında qızlar mübarizəyə qoşulacaq. Heyətdə Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Leyla Əsgərova (39 kq), Gülnar Ağadadaşova, Yağmur Məlikli (hər ikisi 42 kq), Nuray Cəfərli, Məryəm Hacıyeva (hər ikisi 46 kq), Günel Kərimli, Aişə Cabbarova (hər ikisi 50 kq), Məryəm Əmrəli (54 kq), İnci Abdullayeva (58 kq), Rəna Nuriyeva (62 kq) və Simurə Abdullayeva (66 kq) yer alıb.
Qitə birinciliyinə yunan-Roma güləşçiləri yekun vuracaq. Böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Taleh Məmmədovun rəhbərliyi altında Hüseyn Əmrahlı, Xudayar Kərimli (hər ikisi 38 kq), Rahib Əhmədov (41 kq). Ömər Salmanov (44 kq), Vəkil Bəşirov 48 kq), Qurban Məcnunov, Hüseyn Mustafazadə (hər ikisi 52 kq), İbrahim Məmmədzadə (57 kq), Nadir Həsənov (62 kq), Əli Məmmədov (68 kq), Ruslan Nuruyev (75 kq), Məhəmməd Orucov və Zöhrab Səfərov (hər ikisi 85 kq) xalçaya çıxacaq.
Hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq yarışı idarə edəcək hakimlər sırasında III kateqoriyaya sahib Kənan Hacıəliyev və Sevinc Yusibova da yer alacaq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi