“Latviya bizdən zəif idi. Onları rahat şəkildə uda bilərdik. Ancaq hücumda “dişsiz” olduq. Açıq desək, biz öz qapımıza qol vurmasaydıq, Latviya qol vurası komanda deyildi. Təəssüf ki, qalib gəlməli olduğumuz oyunda heç-heçə oynadıq”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov deyib.
Millimizin Latviya (0:0) və Macarıstanla (1:2) keçirlən yoxlama oyunları ilə bağlı danışan keçmiş yarımmüdafiəçi futbolçularımızın son görüşdə yaxşı mübarizə apardıqlarını bildirib: “Macarıstanla oyunda millimiz həqiqətən çox yaxşı oynadı. Komanda şəklində inamlı mübarizə apardılar. Macarıstanın çox yaxşı heyəti olsa da, bizim millimizdə əzmkarlıq gördüm. Ümumiyyətlə, millimizdə çoxdandır görmədiyimiz əzmi, istəyi gördük. Uduzsaq da, komandanın çıxışından çox razı qaldım. Ümid edək ki, belə oyunun davamı gələcək”.

Əfran İsmayılov
Millimiz sentyabr ayında DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda mübarizəyə başlayacaq. Rəqiblərimiz isə Fransa, Ukrayna və İslandiyadır. Ə.İsmayılov seçmə mərhələ oyunlarına hazırlıq xarakteri daşıyan yoxlama matçlarından sonra ümidli olmadığını qeyd edib: “Bəli, Macarıstanla görüşdə millimizdən yaxşı oyun gördük. Amma bir oyunla hər şey bitmir. Artıq 10 oyundur Santuşun oyun sistemini müşahidə edirik. Son oyunu çıxmaqla digərilərində sistem görmürdüm. Son oyunda millidə keyfiyyəti gördüm. Təki belə davam etsin. Qeyd etdiyim kimi, bir oyunla nəsə demək olmaz. Çox ağır qrupa düşmüşük. Millimiz əlindən gələni etməlidir ki, xal qazana bilsin. Xallar yox, xal deyirəm. Çünki komandada o motivasiyanı görə bilmirik ki, ürəkli danışaq. Yoxlama matçlarında qələbələr olsaydı, seçmə mərhələyə daha inamlı başlamaq olardı”.
Ə.İsmayılov əlavə edib ki, uzunmüddətli qələbəsizlik seriyasının millimizə təsiri qaçılmazdır: “Əlbəttə ki, futbolda psixoloji amil çox önəmlidir. Hər halda futbolçular dərk edir ki, 10 oyun qalib gələ bilməmək yaxşı göstərici deyil. Əslində seçmə mərhələdə qarşımızda elə rəqiblər var ki, burda psixoloji faktor da əsas rol oynamır. Belə komandaları ilk növbədə yaxşı analiz edib, lazım olan sistemlə oynamaq lazımdır. Yəni bunlar yoxlama matçlarındakı kimi rəqiblər deyil. Bir səhvi belə bağışlamayacaqlar. Bunu da millimizin futbolçuları və baş məşqçisi dərk edir”.
Ramiq Ağaməmmədov
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu