Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Macarıstana qarşı keçirilən yoxlama oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Macarıstana məğlubiyyəti necə şərh edərdiniz?
- Qarışıq oyun idi. Sonda heç-heçəyə çox yaxın idik. Digər tərəfdən isə görüşə heç də yaxşı başlamamışdıq. Qapımızda erkən qol gördük. Sonra hesabı bərabərləşdik. Ardınca rəqib ikinci qolu vurdu. Fasilədən sonra daha yaxşı oynadıq. Qol vurmaq üçün epizodlarımız oldu. Təəssüf ki, onlardan yararalana bilmədik. Macarıstan yaxşı komandadır.
- Mövsümün sonu olduğunu və 3 gün qabaq səfərdə Latviya ilə qarşılaşdığınızı nəzərə alsaq, yorğunluq var idi?
- İstər-istəməz yorğunluq olur. Qeyd etdiyiniz kimi, mövsümün sonudur. Üstəlik, Latviya ilə oyun keçirmişdik. Buna baxmayaraq, çalışdıq yaxşı çıxış edək, hesabı bərabərləşdirək. Təbii ki, şans olsaydı, qələbə qazanmaq istərdik.
- Azərbaycan milliisnin qələbəsiz oyunlar seriyası 10-a çatdı. Millimiz azarkeşləri nə vaxt sevindirəcək?
- Komanda olaraq çox məyusuq. İnanın, çox çalışırıq ki, bu vəziyyətdən çıxaq. Uduzduğumuz üçün üzülürük.
- Son bir ildə qələbə üzünə həsrət qalan millimizdən DÇ-2026-nın seçmə mərhələsində nə gözləmək olar?
- Son iki oyunu götürsək, heç də pis çıxış etmədik. Müsbət məqamlar var idi. Yenə də artırmaq lazımdır.
- Nəzərə alaq ki, qarşıdakı rəqiblərimiz Estoniya, yaxud Latviya deyil, Fransa, Ukrayna və İslandiyadır...
- Bəli, rəqiblər güclüdür. Amma meydana çıxıb tam gücümüzü ortaya qoymalıyıq. Əlimizdən gələni edəcəyik ki, layiqli mübarizə aparaq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu