"Serb mütəxəssis Marko Nikoliçin SSKA-nın baş məşqçi vəzifəsindən ayrılmasından sonra klubun əfsanələri olan Sergey İqnaşeviç və Vasili Berezutskinin bu vəzifəyə namizədliyinə baxılması maraqlı olardı".
QOL.az xəbər verir ki, bu sözləri "Matç TV"yə Moskvanın SSKA klubunun prezidentinin keçmiş müşaviri Valeri Nepomnyaşşi deyib.
O, bu vəzifədə "Sabah"ın baş məşqçisi Vasili Berezutskini görmək istədiyini gizlətməyib: "Komandanı SSKA üzləri olmuş futbolçulardan kiminsə qəbul etməsi maraqlı olardı. Həm İqnaşeviç artıq buna hazırdır, həm də Vasya Berezutski hazırda Azərbaycanda uğurla çalışır. SSKA-nın yeni təyinat zamanı nəyi əsas götürəcəyini bilmirəm. Komandanın böyük potensialı var. Aydındır ki, bəzi mövqeləri gücləndirmək lazım olacaq".
Xatırladaq ki, Vasili Berezutski 2024/25 mövsümündən "Sabah"ın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə Azərbaycan kubokunu qazanıb.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç